Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.
Bu barədə Fortunamag.az Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.
"Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir", - diplomat qeyd edib.
M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə nazirinin bu sərgidə iştirakı mümkündür.
Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.(Report)