06:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Cüdoçularımız Avropa çempionatına 2 qızıl və 1 bürünc medalla başladı

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Fortunamag.az "Azərbaycan Cüdo Federasiyası"a istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycan mill...

Cüdoçularımız Avropa çempionatına 2 qızıl və 1 bürünc medalla başladı

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Fortunamag.az "Azərbaycan Cüdo Federasiyası"a istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

 

Fortunamag.az

Daha çox