Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter sürücülərinə müraciət edib.
Fortunamag.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, müraciətdə onların əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduqları qeyd edilib.
Bundan başqa, bildirilib ki, bu cür nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur.