Müğənni Leyla Rəhimova ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında "Dostlar əhatəsində" adlı konsert proqramı ilə çıxış edib.
Fortunamag.az xəbər verir ki, musiqi dolu gecədə sənətçi repertuarında yer alan ən sevilən mahnıları canlı ifa edərək izləyicilərinə unudulmaz və xoş anlar yaşadıb.
Leyla konsert proqramında həmçinin türk dilində də mahnılar ifa edib. Canlı musiqi müşayiəti və emosional ifalar konsertə xüsusi ab-hava qatıb. Konsert boyunca Leyla Rəhimova iki dəfə səhnə geyimini dəyişərək fərqli obrazlarda tamaşaçıların qarşısına çıxıb.
Onu da vurğulayaq ki, tədbirə bir çox ölkələrdən təşrif buyuran tamaşaçılar olub.
Gecədə Türkiyə, Özbəkistan, İtaliya, Qırğızıstandan və digər ölkələrdən gələn izləyicilər iştirak ediblər.
Onlar da Leyla Rəhimovanın yaradıcılığına olan marağı və sevgini nümayiş etdiriblər.
"Dostlar əhatəsində" konsertində xüsusi qonaqlar da səhnəyə çıxaraq maraqlı ifalar təqdim ediblər.
Qeyd edək ki, bu Leyla Rəhimovanın sayca ikinci solo konserti idi.