Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında keçirilən II Dünya Korporativ Oyunlarının 3x3 basketbol yarışlarında kişi komandamız gümüş, qadın komandamız isə bürünc medal qazanıb. İdmançılarımızdan Elza Həsənova “Ən yaxşı oyunçu”, Namiq Ağayev “Ən yaxşı müdafiəçi”, Rasim Ağarzayev isə “Ən yaxşı mərkəzçi” adına layiq görülüblər.
Fortunamag.az