11:02
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İNKIşAF

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.Nazirlər Kabinetindən Fortunamag.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə...

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən Fortunamag.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

Yekunda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edilib.

Fortunamag.az

Daha çox