Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Fortunamag.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib.
Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirilib.
Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.