Bu gün Xalq artisti Elmira Rəhimovanın doğum günüdür.
Fortunamag.az xəbər verir ki, sənətçinin 85 yaşı tamam olur.
O, 13 avqust 1941-ci ildə Bakıda anadan olub. E.Rəhimova Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.
Xalq artisti dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. O, 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın sabiq Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-1959, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib.
2000-ci ildə “Azərbaycanın Xalq artisti” fəxri adı ilə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.
E.Rəhimovanın Anand adında bir oğlu və iki nəvəsi var.
Məlumat üçün qeyd edək ki, sənətçi məşhur “Sənsiz bu axşam”, “İntizar”, “Bir könül sındırmışam”, “Sən yadıma düşəndə”, “Ana laylası”, “Küsüb məndən” və başqa bu kimi mahnıları ifa edib.