14:15
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb.

Fortunamag.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Yaqub Nəcəfli məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın şikayətini qismən təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Daha çox