01:29
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Futbolu bir müddətlik buraxdı

Futbolu bir müddətlik buraxdı

Argentina yığması və “İnter Mayami”nin 39 yaşlı kapitanı Lionel Messi futbol karyerasına qeyri-müəyyən müddətə fasilə verib.

Fortunamag.az “Doble Amarilla”ya istinadla xəbər verir ki, ulduz futbolçu 68 yaşlı atası Xorxe Messinin vəfatından sonra bu qərara gəlib.

Qeyd edək ki, Xorxe Messi oğlunun futbolçu kimi yetişməsində əsas rol oynayıb. O, Messinin uşaqlıq illərində məşqçisi olub, boy hormonu çatışmazlığının baha başa gələn müalicə xərclərini qarşılayıb və onun “Barselona”ya tarixi keçidini şəxsən təşkil edib. Sonrakı illərdə isə Xorxe oğlunun rəsmi meneceri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, təcrübəli hücumçu bu mövsüm “İnter Mayami” heyətində keçirdiyi 18 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.

Daha çox