01:26
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Hakan Fidan HƏMAS lideri ilə görüşdü

Hakan Fidan HƏMAS lideri ilə görüşdü

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyə və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Fortunamag.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Xəlil əl-Həyyə Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət barədə məlumat verib.

Türkiyə XİN rəhbəri isə Ankaranın Qəzza sülh prosesini dəstəkləməkdə davam edəcəyini və bu prosesdə HƏMAS-ın oynadığı rolu təqdir etdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin digər regional məsələlər də ətraflı müzakirə olunub.

Daha çox