15 sentyabr - Bilik Günündə Xankəndi şəhərinin təhsil həyatında əlamətdar hadisə baş verib.
Fortunamag.az xəbər verir ki, 25 illik təhsil ənənəsinə malik Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başlayaraq yeni tədris ilində ilk şagirdlərini qəbul edib.
Xankəndi şəhərində fəaliyyətə başlayan ilk özəl məktəb olan bu filialın açılışı şəhərdə müasir və beynəlxalq standartlara əsaslanan təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
25 illik təhsil təcrübəsinin Xankəndidə yeni mərhələsi
Yeni filialın fəaliyyətə başlaması Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yaradılmasının 25-ci ildönümünə təsadüf edir. Dörddəbir əsrlik təhsil təcrübəsinin Xankəndidə davam etdirilməsi Kompleksin tarixində yeni mərhələnin başlanğıcıdır. Hazırda məktəbdə məktəbəqədər və ibtidai bölmələr fəaliyyət göstərir, bu bölmələrdə 45 şagird təhsil alır.