05:25
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var....

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas söyləyib.

Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin ortaq strateji maraqlara uyğun olduğunu bildirən Kaya Kallas Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə də danışıb: “Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq”.

Fortunamag.az

Daha çox