Pekində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Fortunamag.az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.
Bildirilib ki, sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.