02:00
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş

Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş

Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti tapılıb.

Fortunamag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə ötən gün Kür çayının Samux rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, 17 yaşlı qız çayda çimərkən boğulub.

Gülnaz ailəsi ilə birlikdə Kür çayının sahilində istirahətə gəlibmiş. O, bu il 11-ci sinfi bitirib.

Daha çox