00:13
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda

Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda

Laos Prezidenti Thonqlun Sisulit bu gün Bakıda Zəfər parkını ziyarət edib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .

Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha çox