20:17
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
TəHSIL

Mədəniyyət hüququ üzrə ilk doktorantura ixtisası təsdiqləndi

Mədəniyyət hüququ üzrə ilk doktorantura ixtisası təsdiqləndi

“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

Fortunamag.az xəb ər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:

Ədalət mühakiməsi hüququ;

Hava hüququ və hava məkanının təhlükəsizliyi;

Mədəniyyət hüququ.

Qeyd edək ki, Azərbaycan Aviasiya Akademiyasının təşəbbüsü ilə həyata keçirilən bu yenilik mədəniyyət sahəsində hüquqi tədqiqatların inkişafına, sahələrarası əməkdaşlığın genişlənməsinə və yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına yeni imkanlar yaradacaq.

Daha çox