"Mən çox yaxşıyam, əlayam, hətta superəm".
Fortunamag.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib.
"Mənim səhhətimdə heç bir problem yoxdur. Niyə belə bir məlumat yayıldığını bilmirəm. Məni efirə dəvət etmişdilər. Lakin başqa bir televiziya kanalında çəkilişim olduğu üçün həmin verilişə qatıla bilməmişəm. Sonra da belə bir məlumat yayıblar ki, guya səhhətimdə problem yaranıb. Belə şey olmaz axı, mən çox yaxşıyam, heç bir problem yoxdur", - deyə C.Zeynallı bildirib.
Qeyd edək ki, Xalq artistinin səhhətində problem yarandığı ilə bağlı məlumat ötən gün Xəzər TV-nin "Xəzər axşamı" verilişində səsləndirilib.