16:48
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

Neftimiz bir az da bahalaşdı

Neftimiz bir az da bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,99 dollar və ya 2,3% artaraq 88,82 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 86,83ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha çox