01:14
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

Neftimiz bu gün də bahalaşdı

Neftimiz bu gün də bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,69 ABŞ dolları və ya 3,13 % artaraq 121,43 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 117,74 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha çox