03:22
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Niaqara şəlaləsi Azərbaycan Bayrağının rənglərində işıqlandırılıb

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə Niaqara...

Niaqara şəlaləsi Azərbaycan Bayrağının rənglərində işıqlandırılıb

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə Niaqara şəlaləsi üçrəngli bayrağımızın rənglərində işıqlandırılıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması həm Azərbaycanın milli rəmzlərinə hörmətin, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirilir. Bu cür aksiyaların həyata keçirilməsi diasporumuzun fəallığının bariz nümunəsi, həmrəyliyimizin güclənməsi və milli kimliyimizə olan sevginin qorunub saxlanılmasıdır.

Fortunamag.az

Daha çox