“Ordu” komandası heyətini gücləndirərək yeni voleybolçu transfer edib.
Fortunamag.az "AZERTAC"a istinadən xəbər verir ki, 193 santimetr boya malik braziliyalı oyunçu Uillian Rabel komandaya qatılıb. O, karyerası ərzində Macarıstan, Qətər və Kipr klublarında legioner kimi çıxış edib və beynəlxalq təcrübəyə malikdir.
Uillian Rabel həmçinin Braziliya Superliqasının ən tanınmış və köklü komandalarından biri olan “Minas”ın yetirməsidir. Onun güclü fiziki göstəriciləri, taktiki hazırlığı və beynəlxalq səviyyədə qazandığı təcrübə “Ordu” komandasının hücum və müdafiə xəttini daha da gücləndirəcək.
Fortunamag.az