Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
Fortunamag.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.