İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasını dünya çempionu edərək ölkə futbolu tarixində xüsusi yer tutub.
Fortunamag.az bildirir ki, hazırkı dünya çempionu heyətinin böyük hissəsi illər əvvəl də məhz De la Fuentenin rəhbərliyi altında aşağı yaş qruplarında uğurlar qazanıb.
65 yaşlı mütəxəssis uzun illər formalaşdırdığı sistemi uğurla əsas milliyə daşıyıb. Belə ki, dünya çempionu olan futbolçuların əksəriyyəti 2015-ci ildə onun rəhbərliyi altında U-19 Avropa çempionatının qalibi olub. Dörd il sonra, 2019-cu ildə isə eyni nəsil U-21 Avropa çempionatında da qızıl medallara yiyələnib.
De la Fuente 2020-ci il Yay Olimpiya Oyunlarında İspaniyanın U-23 komandası ilə gümüş medal qazanıb. 2023-cü ildə əsas millinin sükanı arxasına keçən çalışdırıcı ilk ilində UEFA Millətlər Liqasını qazanıb.
O, 2024-cü ildə Avropa çempionu olduqdan sonra növbəti böyük uğurunu da əldə edib. İspaniya dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Beləliklə, Luis de la Fuente milli komanda səviyyəsində mümkün olan bütün əsas titulları qazanaraq İspaniya futbol tarixinin ən uğurlu məşqçilərindən biri kimi adını tarixə yazdırıb.