23:37
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
CəMIYYəT

Özbəkistanın Baş prokuroru Azərbaycanda

Özbəkistanın Baş prokuroru Azərbaycanda

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Fortunamag.az xəbər verir ki, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.

Daha çox