İyun ayının ikinci yarısında “PAŞA Bank”ın dividend ödənişi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Fortunamag.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bankın illik maliyyə nəticələrinə həsr olunmuş brifinqdə deyib.
M.Suleymanov qeyd edib ki, ötən ilin nəticələrinə əsasən, səhmdarlara 107 milyon manat dividend ödənilməsi planlaşdırılır.