22:45
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
TəHSIL

PISA 2025 tədqiqatının nəticələri açıqlandı

PISA 2025 tədqiqatının nəticələri açıqlandı

PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanıb.

Fortunamag.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, PISA Azərbaycanın ümumi təhsil sistemi haqqında daha geniş və dolğun məlumat əldə etməyə imkan verir. Bunun Azərbaycan üçün əlamətdar olmasının əsas səbəblərindən biri qiymətləndirmənin ölkənin bütün regionlarını əhatə etməsidir.

2018 və 2022-ci il qiymətləndirmə dövrlərində PISA-da yalnız Bakı şəhəri iştirak etdiyi halda, 2025-ci ildə qiymətləndirmə ölkə üzrə təşkil olunub. Bu da şagirdlərin bilik və bacarıqlarına dair daha geniş məlumat bazasının formalaşdırılmasına imkan yaradır.

Nazir bildirib ki, axırıncı PISA-da 91 ölkə və iqtisadiyyat, 760 min şagird (33 milyon 15 yaşlı şagirdi təmsil edir),  Azərbaycandan isə 241 məktəb və 7432 şagird iştirak edib.

“Bakı şəhəri bir çox inkişaf etmiş ölkələrin riyaziyyat nəticələrindən irəlidədir. Bakı bu reytinqdə 29-cu yerdədir. Biz ölkə üzrə də 50 ən yaxşı iqtisadiyyat arasındayıq, Azərbaycan 49-cu yerdədir.  Ümumiyyətlə, Azərbaycanda riyaziyyat məktəbi var və çox güclüdür. Bizim hələ irəli getməyə yerimiz var”, - nazir əlavə edib.

Təbiət elmləri ilə bağlı PISA nəticələrinə gəlincə isə, E.Əmrullayev deyib ki, Bakı şəhəri 47-ci, Azərbaycan isə 69-cu yerdədir. Onun sözlərinə görə, burada da nəticələrimiz qənaətbəxşdir və daha da irəlilələməliyik.

Daha çox