20:29
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

AQTA şöbə müdiri mediaya çıxış edib

AQTA şöbə müdiri mediaya çıxış edib

Uzun müddətdir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə "Erkən kəsimə son" adlı təbliğat kampaniyası həyata keçirilir. Bu kampaniyanın aparılmasında məqsəd kiçik yaşda heyvanların kəsilərək sürüdən, naxırdan kənarlaşdırılmasının qarşısını almaqdır. Çünki bu vəziyyət mövcud olan heyvanların genofondunun azalmasına, damazlıq heyvanların sayının azalmasına gətirib çıxarır.

Fortunamag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə bildirib.

O deyib ki, beynəlxalq təsnifatda quzu dedikdə, 12 aylığa qədər olan heyvan nəzərdə tutulur: “Qida normalarının müəyyənləşdirilməsinə fikir versək görərik ki, tərkibinə, mineral, üzvi maddələrlə zənginliyinə görə 18 aylıq heyvanların ətindən istifadə edilir. Yəni norma kimi onlar götürülür. 6 aylıqdan aşağı heyvanların kəsilməsi və ətindən istifadəsi barədə onu deyə bilərik ki, həmin heyvanların damazlıq təsərrüfat vacibliyindən başqa, həm də bu ətin keyfiyyəti 12 aylıqdan yuxarı heyvanların ətinin keyfiyyətindən nəzərəçarpacaq dərəcədə geri qalır".

Qalib Əbdüləliyev bu təşəbbüslərə vətəndaşların qoşulmasını da tövsiyə edib: "Ümumilikdə il ərzində heyvan kəsimi qaydalarına əməl etmək lazımdır. Nəzərə alsaq ki, Qurban bayramı ərəfəsində heyvanların kəsimi daha intensiv həyata keçirilir, vətəndaşlarımız bu zaman da ən azı 6 aylıqdan yuxarı heyvanların kəsiminə istiqamətlənməlidirlər".(azertag)

Daha çox