UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu 2:0 hesablı Qarabağ" qələbəsi ilə yekunlaşıb.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar. Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib. Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb. Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
Fortunamag.az