Əli Tahir oğlu Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.
Fortunamag.az “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.
Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.