Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib.
Fortunamag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb.
Qanuna əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:
- Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilib.
- Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilib.