“Real Madrid” 2026/2027 mövsümü üçün nəzərdə tutulan yeni ev formasını təqdim edib.
Fortunamag.az xəbər verir ki, klubun “Adidas” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırladığı yeni forma barədə məlumat Madrid təmsilçisinin mətbuat xidməti tərəfindən açıqlanıb.
Klubun bəyanatında bildirilib ki, yeni dizayn komandanın zəngin tarixini, peşəkarlığını və qələbə əzmini əks etdirən müasir qrafik elementlərlə tamamlanıb.
Ənənəvi ağ rəng qorunub saxlanılsa da, formaya yeni çalarlar əlavə edilib. Yaxa və qol hissələri tünd yaşıl detallarla işlənib, çiyinlərdəki məşhur “Adidas” zolaqları isə çəhrayı rəngdə təqdim olunub.
Klubun rəsmi saytında qeyd olunub ki, forma peşəkar futbolçuların ehtiyacları nəzərə alınaraq hazırlanıb və oyun zamanı optimal havalandırma ilə bədən temperaturunun tənzimlənməsini təmin edən müasir texnologiyalarla təchiz edilib.