02:48
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Rövşən Muradov UNESCO-nun Baş direktoru ilə görüşüb

Parisdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradovla UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında görüş keçirilib. Görüşdə tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq...

Rövşən Muradov UNESCO-nun Baş direktoru ilə görüşüb

Parisdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradovla UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında görüş keçirilib. Görüşdə tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

NGBM-dən Fortunamag.az-a bildirilib ki, müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.

Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkün əməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin UNESCO-nun fəaliyyətində daha fəal iştirakı, UNESCO-nun missiyasının qlobal səviyyədə təbliği məsələləri, o cümlədən UNESCO-nun Baş direktoru Xalid Əl-Ananinin 2026-cı ilin martında Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakı müzakirə edilib.

Fortunamag.az

Daha çox