00:21
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
CəMIYYəT

Şahin Bağırov onu rəis təyin etdi

Şahin Bağırov onu rəis təyin etdi

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tabeliyində olan mühüm gömrük postuna yeni rəis təyin edib.

Fortunamag.az “Unikal”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun imzaladığı müvafiq əmrlə kadr dəyişiklikləri həyata keçirilib.

Əmrə əsasən, Baş inspektor Əvəzov Bəhram Sərvər oğlu Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Gömrük Postuna rəis təyin olunub.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun sabiq rəisi Fərid Usubov 2025-ci ilin iyun ayında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə əvvəlcə sərəncama götürülmüş, eyni ilin dekabr ayında isə Hövsan limanında aşkarlanan külli miqdarda qaçaqmalçılıq (qanunsuz siqaret yükləri) işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir.

Daha çox