Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin edilib.
Fortunamag.az xəbər verir ki, o, mayın 22-dən etibarən nazirin müşaviri vəzifəsini icra edir.
Qeyd edək ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində çalışıb.