12:58
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Türkiyənin Çorum şəhərində yerləşən Hattuşa Arxeoloji Sahəsində təxminən 3200 il əvvələ aid mixi yazılı lövhənin fraqmenti aşkarlanıb. Elmi araşdırmalar tapıntının Het kralı III Hattusili ilə Misir fironu II Ramzes arasında bağlanan Kadeş Sülh Müqaviləsinin Akkad dilindəki nüsxələrindən birinə aid olduğunu müəyyən edib.

Fortunamag.az xəbər verir ki, kəşfi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 21 sentyabr – Dünya Sülh Günündə açıqlayıb.

Lövhə Hattuşanın kral qalası kimi tanınan Böyükkaledə, E strukturu yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Tədqiqatçılar təxminən bir il ərzində yazıları araşdırdıqdan sonra onun Kadeş Sülh Müqaviləsinə aid olduğunu müəyyənləşdiriblər.

Daha çox