13:40
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

TBMM sədri Azərbaycana gəlir

TBMM sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Fortunamag.az xəbər verir ki, səfər 23-24 iyun tarixlərini əhatə edəcək.

N.Kurtulmuşun Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək konfransda müxtəlif mövzular barədə çıxış edəcəyi gözlənilir.

O həmçinin tədbirdə iştirak edəcək xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Daha çox