13:54
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşd...

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Aprelin 2-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə, eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

Fortunamag.az

Daha çox