21:59
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Tokayev növbəti seçkilərdə iştirak edə biləcək

Tokayev növbəti seçkilərdə iştirak edə biləcək

Qazaxıstanın yeni Konstitusiyası əvvəlki ali qanunun qüvvədə olduğu dövrdə seçilmiş bir sıra vəzifəli şəxslərə, o cümlədən ölkə prezidentinə yenidən seçkilərdə namizədliyini irəli sürməyə imkan verir.

Fortunamag.az xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin prezidentin müraciətinin baxılmasının nəticələrinə dair məlumatında bildirilir.

Qeyd edilir ki, 1 iyul 2026-cı il tarixindən sonra prezident vəzifəsinə təyinat, hətta şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, birinci hesab ediləcək.

“Şəxsin 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə göstərilən vəzifələrdən birini tutması faktı özlüyündə Qazaxıstan Respublikasının Konstitusiyası qüvvəyə mindikdən sonra onun seçilməsi və ya təyin edilməsi üçün maneə yaratmır”, - məhkəmənin Konstitusiyaya verdiyi izahatda deyilir.

Bu isə o deməkdir ki, Qazaxıstanın hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev növbəti seçkilərdə iştirak edə biləcək.

Qeyd edək ki, referendumda iştirak edənlərin 87,15 %-nin dəstəklədiyi yeni Konstitusiya həmçinin ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, vitse-prezident vəzifəsinin bərpa edilməsi və s. dəyişiklikləri nəzərdə tutur.

Daha çox