22:29
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Tünzalə Ağayevanın “Dream Fest 2026” obrazı diqqət mərkəzində

Tünzalə Ağayevanın “Dream Fest 2026” obrazı diqqət mərkəzində

“Dream Fest 2026” beynəlxalq musiqi festivalının ikinci günü keçirilib.

Fortunamag.az xəbər verir ki, yerli və xarici ulduzlar ənənəvi gümüşü xalıdan keçərək media nümayəndələrinin suallarını cavablandırıblar.

Festivalın ikinci günündə Xalq artisti Tünzalə Ağayeva özünəməxsus obrazı ilə diqqət çəkib. Sənətkarın ağ rəngli libası onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla bəzədilib. Geyimdə yer alan poetik nümunələr obraza zəriflik və dərin məna qatıb.

Libasın üzərində həmçinin Tünzalə Ağayevanın portreti də əks olunub. Söz və təsvirin vəhdətini əks etdirən bu xüsusi geyim sənətkarın yaradıcılığının 25 illik yubileyinə həsr olunub.

Beş ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libas üzərindəki portretin müəllifi isə rəssam Nərgiz Hüseynovadır. Xalq artistinin saç və makiyajı üzərində stilist Sabir Bağırov çalışıb.

https://www.youtube.com/shorts/lrPB5VnjYYk

Daha çox