Şəkidə V Beynəlxalq Teatr Festivalı keçirilir. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.
Fortunamag.az xəbər verir ki, “Festivallar şəhəri” kimi tanınan qədim Şəki növbəti beynəlxalq sənət tədbirinə ev sahibliyi edir.
Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə 1-5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.
Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında festivalın açılış mərasimi keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festival iştirakçıları və qonaqları, eləcə də Şəki sakinləri iştirak ediblər.