01:20
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Voleybol millimiz ardıcıl üçüncü qələbəsini qazandı

Voleybol millimiz ardıcıl üçüncü qələbəsini qazandı

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanaraq liderliyini möhkəmləndirib.

Fortunamag.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib və voleybolçularımızın 3:2 hesablı qələbəsi ilə başa çatıb (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Xatırladaq ki, millimiz turnirin I turunda Portuqaliyanı, II turunda isə İspaniyanı eyni hesabla məğlub edib. Hazırda aktivində 8 xal olan komandamız C qrupunun turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, bu qrupun qarşılaşmaları avqustun 28-nə qədər Bakıda keçiriləcək.

Daha çox