19:35
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

WUF13-də “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib

WUF13-də “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib

WUF13 Urban Forumu çərçivəsində QHT Agentliyinin pavilyonunda Qan Donorları Assosiasiyası tərəfindən “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib.
Fortunamag.az xəbər verir ki, tədbirdə sağlamlıq imkanları məhdud şəxslər üçün şəhər mühitində əlçatanlığın təmin olunması, inklüziv və təhlükəsiz infrastrukturun yaradılması, eləcə də onların sosial həyata fəal inteqrasiyası məsələləri müzakirə olunub.
Panel müzakirələrində Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Müstəqil Həyat Mərkəzinin sədri Aydın Xəlilov, Zambiyada Ətraf Mühit üzrə Məsləhətçi Meekson Mvamulando, Ruminyadan Ağıllı Cəmiyyət Assosiasiyasının prezidenti Dr. Dragos Mutascu və Nezer.Media İnformasiya Portalının təsiscisi eyni zamanda baş redaktoru Nəzərbəy Hacıağayev iştirak ediblər.
Tədbir çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri, forum iştirakçıları və KİV təmsilçiləri qarşılıqlı müzakirələr aparıb, mövzu ətrafında təqdimatlarla çıxış edərək inklüziv şəhər mühitinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

WUF13-də “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib — 1

Daha çox