Amerikalı aktyor Antoni Quidera 61 yaşında dünyasını dəyişib.
Fortunamag.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Məlumata görə, aktyorun ölümünə qəfil ürək dayanması səbəb olub. Həyat yoldaşı Valerinin sözlərinə əsasən, Quidera evində huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya aparılıb. O, üç həftə ərzində həyati dəstək cihazına qoşulu vəziyyətdə qalıb. Daha sonra həkimlər cihazın söndürülməsi barədə qərar veriblər.
Qeyd edək ki, Antoni Quidera yaradıcılığı ərzində 30-a yaxın film və serialda rol alıb. O, xüsusilə “Xaç atası III hissə” və “Xaç atası: Epiloq – Maykl Korleonenin ölümü” filmlərindəki obrazları ilə tanınıb. Aktyor həmçinin “Armageddon”, “The Postman”, “The Pretender”, “Angel” və digər ekran işlərində də çəkilib.