06:39
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Sentyabrın 11-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Fortunamag.az Azərbaycan Cüdo Federasiyasına istin...

Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Sentyabrın 11-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Fortunamag.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki , imtahanda Şimal bölgəsindən olan 202 cüdoçu müvafiq yaş kateqoriyalarına əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacibdir.

 

Fortunamag.az

Daha çox