Bu gün mərhum Xalq artisti Yaşar Nurinin doğum günüdür.
Fortunamag.az xəbər verir ki, aktyor yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.
1951-ci ilin bu günündə Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuri uşaqlıqdan səhnəyə maraq göstərib. Sənətkar ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Məhərrəm Əlizadənin “Toy kimindir?” tamaşasında Tapdıq obrazını canlandırıb.
Məktəbli yaşlarında Azərbaycan televiziyasının uşaq verilişlərində də iştirak edən Y.Nuri “Yelkən”, “Buratino”, “Qaranquş” və “Pioner” kimi proqramlarda çıxış edib.