06:33
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“YAŞAT” Fonduna 95 milyon 151 min manat pul toplanıb

İndiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480 manat 84 qəpik pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8 manat 56 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib. Fortunamag.az xəbər verir ki, b...

“YAŞAT” Fonduna 95 milyon 151 min manat pul toplanıb

İndiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480 manat 84 qəpik pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8 manat 56 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib.

Fortunamag.az xəbər verir ki, bu barədə “AZƏRTAC”a “YAŞAT” Fondundan məlumat verilib.

Qeyd edək ki, noyabrın 6-da İctimai Televiziyada “YAŞAT” Xeyriyyə Marafonu keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də imzaladığı Fərman ilə yaradılıb.

Fortunamag.az  

Daha çox