“Şəki yaylası”nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş.
Fortunamag.az xəbər verir ki, “zipline” xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanlı olduğunu bildiriblər.
Məlumata görə, mühafizə şirkətində çalışan Coşqunun bu ayın sonunda toyu olacaqmış.