00:58
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“Yay Fest 2026”ya start verilib

“Yay Fest 2026”ya start verilib

Azərbaycanın ən irimiqyaslı gənclər festivallarından biri olan “Yay Fest 2026” rəsmi olaraq başlayıb.

Fortunamag.az bildirir ki, festival Azərbaycan Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, eləcə də bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi ölkənin müxtəlif bölgələrindən olan gəncləri bir araya gətirmək, onların asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və şəbəkələşməsi üçün imkan yaratmaqdır.

Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində iştirakçılar üçün müxtəlif təlimlər, intellektual və idman yarışları, əyləncə proqramları, komanda oyunları, yaradıcı fəaliyyətlər və digər tədbirlər təşkil olunacaq.

“Yay Fest” hər il minlərlə gəncin iştirak etdiyi və böyük maraqla gözlənilən layihələrdən biri kimi tanınır.

Daha çox