“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas prioritetlərindən biri təqdim olunan xidmətlərin tam rəqəmsallaşdırılmasıdır. Bu məqsədlə xüsusi platformanın yaradılması istiqamətində işlər davam etdirilir”.
Fortunamag.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, yeni platforma vətəndaşların bütün xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək.
“Əsas məqsəd informasiya əlçatanlığını artırmaq, cəmiyyətin doğru və etibarlı mənbədən məlumat almasını təmin etməkdir”, - deyə Ramin Məmmədov bildirib.
O qeyd edib ki, son illərdə həyata keçirilən maarifçilik layihələri də bu hədəfə xidmət edir. Komitə sədri vurğulayıb ki, tarixən məscidlər yalnız ibadət yeri deyil, həm də elm və maarif mərkəzləri kimi fəaliyyət göstərib.